"İ2B-İdeyadan Biznesə" Final 2019 Heydər Əliyev Mərkəzi
18 oktyabr 2019-cu il

İDEYADAN BİZNESƏ

Son xəbərlər

Haqqımızda

Turlar Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “Microsoft” şirkəti ilə birgə “İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilir.

Layihənin tərəfdaşı “Azercell” şirkətidir.

Startap turları ətraf rayon və şəhərləri də əhatə etməklə    Naxçıvan, Lənkaran, Zaqatala,  Şamaxı, Şəki və Bakı şəhərlərində keçiriləcək. 

 

Turlarda “http://www.i2b.az” saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

 

Turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradır.

 

Startap turu çərçivəsində rayon və şəhərlərə səfərlər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir. Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər.

 

Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutur.

 

İkinci hissənin sonunda münsiflər hər region üzrə qaliblər müəyyənləşdirir və qalib olan layihələr  Milli Finalda iştirak hüququ qazanır.

 

Milli Finalda qalib gələn 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılır.

 

Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.

QEYDİYYATDAN KEÇ

QEYD

Ayan Kərimova – Yüksək Texnologiyalar Parkı, Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdir müavini

Fəxri Hüseynov – "Sentra" MMC, İcraçı direktor

Nicat Abdullayev – Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri

Bəhram Cəfərli, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

BİZİMLƏ ƏLAQƏ

Bakı, Mikayıl Müşfiq küçəsi 2H
info@i2b.az
(+994) 12 310 14 00